23.12.2024, 17:50
AZ EN
12.09.2024, 12:35 255

EPF Koalisiyasının eksperti: Ermənistanda qanunların icrası sahəsindəki boşluqlar böyük ekoloji fəsadlara gətirib çıxara bilər

XƏBƏRLƏR
  • Bizim fəaliyyətimiz Ermənistan qanunvericiliyinin beynəlxalq tələblərə nə dərəcədə cavab verdiyini araşdırmaqdan ibarət idi. Bu məqsədlə də Ermənistanın 16 qanunvericilik aktını nəzərdən keçirmişik. Son illər ərzində Ermənistan mövcud qanunvericiliyini beynəlxalq standartlara uyğunlaşdırmağa çalışır. Ancaq bununla belə qanunların icrası sahəsində çox böyük boşluqlar var.

Bunu “Environmental Protection First” (EPF) Koalisiyasının eksperti Leyla Əliyeva Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərləməsi ilə bağlı keçirilən brifinqdə deyib.

"Bu boşluqlar da ekoloji cəhətdən böyük fəsadlara gətirib çıxara bilər. Ona görə də Ermənistanda mövcud qanunların effektiv icra və nəzarət mexanizmi gücləndirilməlidir. Ermənistan Transsərhəd Su Axınları Konvensiyasına qoşulmalıdır. Xüsusilə Azərbaycanla ekoloji sahədə tam və konstruktiv şəkildə əlaqə qurmalıdır. Ermənistan Qarabağda meşə təsərrüfatına ziyan vurduğu kimi, öz ərazilərində də meşə təsərrüfatının qorunmasına diqqət etməlidir. Bundan əlavə, tullantıların idarə edilməsi sahəsində də Ermənistanda çox böyük boşluqlar mövcuddur", - deyə L.Əliyeva qeyd edib. (AZƏRTAC)

Oxşar xəbərlər