Bu barədə Qarabağ Universiteti məlumat yayıb.
Məlumatda bildirilib ki, Əzizağa Nəcəfzadə konqresin “Elm və maarif islam sivilizasiyasının əsası kimi” adlı bölmə iclasında “Qarabağda təhsil və maarifin inkişafı tarixindən: məktəblərdən universitetədək (XVIII-XXI əsrlər)” adlı məruzə ilə çıxış edib. Çıxış zamanı Qarabağın təhsil tarixi, hazırkı inkişaf perspektivləri, eləcə də yeni tədris ili ilə bağlı prioritet məsələlərə toxunulub.
Dosent həmçinin Özbəkistan Dövlət Televiziyasına da geniş müsahibə verib. Müsahibədə Özbəkistan–Azərbaycan mədəni əlaqələrinin tarixi, ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinə diqqət çəkilib.
Qeyd edək ki, beynəlxalq konqresdə 30 ölkədən dünyaca məşhur 300-ə qədər alim, 54 muzey və kitabxana, 5 universitet və 5 nəşriyyatın rəhbər heyətinin nümayəndələri iştirak edib.
Tahirə AĞAMİRZƏ