20.09.2024, 13:41
AZ EN
28.08.2024, 16:32 126

Ağdamda 18 saylı məntəqədə 18 nəfər ilk dəfə səs verəcək

XƏBƏRLƏR
  • “119 saylı Ağdam Seçki Dairəsinin 18 saylı Seçki Məntəqəsi Ayaq Qərvənd kənd tam orta məktəbində yerləşir. Məntəqədə növbədənkənar parlament seçkilərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilməsi üçün bütün lazımi şərait yaradılıb”.

Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 119 saylı Ağdam Dairə Seçki Komissiyasının 18 saylı Məntəqə Seçki Komissiyasının (MnSK) sədri Əvəz Mikayılov deyib. Onun sözlərinə görə, MnSK-nın üzvləri aşağı seçki komissiyaları üçün təşkil edilən treninqlərdə iştirak ediblər.

Sədr əlavə edib ki, seçicilərə səsvermənin tarixi, vaxtı və yeri barədə bildirişlər paylanılıb: “Seçici siyahılarına görə, məntəqə üzrə 682 seçici qeydə alınıb və ilk dəfə səsvermə hüququndan istifdə edəcək gənclərin sayı 18 nəfərdir.

Məntəqə, həmçinin lazımi texniki vasitələrlə təmin edilib”.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR