31.07.2025, 22:55
AZ EN
16.01.2025, 10:28 324

Bu gün şəhid Ziyəddin Xanalıyevin doğum günüdür

XƏBƏRLƏR
  • Ziyəddin şən, zarafatcıl olsa da, çox danışmağı sevməzdi. Dost-tanışları arasında özünə hörmət qazanmışdı. O, valideynlərinə qarşı qayğıkeş və diqqətcil bir övlad idi. Uşaqlıqdan hərbi sahəyə həvəsi vardı. Həmişə müharibəyə aid filmər izləməyi xoşlayırdı. Ziyəddin doğma Vətəninə, elinə bağlı, cəsur və mərd bir oğul idi...

Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi Ziyəddin Ariz oğlu Xanalıyevin doğum günüdür. O, 16 yanvar 1999-cu ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Orta təhsilini Təzəkənd kənd tam orta məktəbində alıb. Hərbi xidmətini layiqincə yerinə yetirən Ziyəddin sonra mülki gəmidə işləməyə başlayıb.
Ziyəddin Xanalıyev 27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsi başlayanda könüllü olaraq Azərbaycan Ordusu sıralarına qatılıb. Düşmən tapdağı altında olan torpaqlarımızın erməni işğalından azad olunması uğrunda həyata keçirilən bir sıra uğurlu hərbi əməliyyatlarda fəal iştirak edib və şücaətlər göstərib.

Ziyəddin Xanalıyev noyabrın 6-da Şuşa uğrunda gedən döyüşlərdə, Daşaltı istiqamətində qəhrəmancasına şəhadətə ucalıb. O, doğulduğu Ağalıkənd kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  müvafiq sərəncamları ilə Ziyəddin Xanalıyev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” odeni, "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Ziyəddin balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR