Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil edilmiş aksiyada idarə və müəssisə əməkdaşları iştirak ediblər. Qeyd edək ki, "Yaşıl dünya naminə həmrəylik ili"ndə bu kimi aksiyaların müntəzəm olaraq təşkili nəzərdə tutulub. Ekoloji davamlılıq, yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən tədbirin məqsədi ictimaiyyətin diqqətini bu sahəyə cəlb etmək, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.
Mina RƏŞİD