23.11.2024, 01:50
AZ EN
22.08.2024, 08:54 238

İctimai Birlik sədri: “Parlament seçkiləri azad olunmuş ərazilərin sakinlərinə fərqli hisslər yaşadır”

XƏBƏRLƏR
  • “Sentyabrın 1-də keçiriləcək parlament seçkiləri azad olunmuş ərazilərin sakinlərinə fərqli hisslər yaşadır. Torpaqlarımız işğal atında olanda həmin rayon və şəhərlərin sakinləri ölkənin müxtəlif yerlərində səs verirdilər. İndi isə Laçında, Şuşada, Füzulidə, Xankəndidə və azad olunmuş digər ərazilərimizdə seçki məntəqələri yaradılıb. Torpaqlarımız azad olunandan sonra doğma torpaqlarımızda səsvermə hüququndan istifadə edəcəyik”.

Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva deyib.

O bildirib ki, seçkilərdən sonra formalaşacaq parlamentin üzərinə böyük məsuliyyət düşür: “İnanırıq ki, yeni deputatlar, xüsusən də azad olunmuş ərazilərdən seçilən şəxslər vətəndaşlarla sıx münasibətdə olacaqlar. Onlar qarşıya qoyulan hədəflərə, yeni reallıqlara adekvat addımlar atacaqlar”.

Oxşar xəbərlər