ANAMA-dan verilən məlumata görə, namizədlərin müvafiq sahədə peşə təhsili olmalıdır.
Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıdakı sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.
∙ müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
∙ şəxsiyyət vəsiqəsinin surəti;
∙ təhsilə dair təsdiqedici sənədin surəti;
∙ əmək kitabçasının surəti (olduğu halda).
Sənəd qəbulu bu il sentyabrın 30-dək həyata keçiriləcək.
Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək. (AZƏRTAC)