Qeyd edək ki, oxucular kitabda müasir söz adamları ilə bərabər, həm də tərtibçinin araşdırıb üzə çıxartdığı XVII, XVIII və XIX əsrlərdə yaşayıb-yaratmış bir çox laçınlı şair və aşığın əsərləri ilə tanış ola biləcəklər. Tərtibçinin bir illik gərgin əməyinin bəhrəsi kimi müxtəlif mənbələrə müraciət edərək hazırladığı bu kitab Laçın rayonunun söz xəritəsi kimi 98 müəllifi əhatə edir.
Kitab Laçın şəhərinin salınmasının 100 illiyi (1924-2024) münasibətilə tərtib edilib.
Antologiyada Sarı aşıq, Ağ aşıq, Aşıq Alı kimi el aşıqları ilə yanaşı, Şərif Ağayar, Fəxri Uğurlu, Müşfiq Şükürlü kimi müasir qələm adamlarının da yaradıcılığına müraciət olunub.
Hazırladı: Mina RƏŞİD