Səyyar qəbulda icra başçısı Eyvaz Hüseynov çıxış edərək rayon ictimaiyyəti adından ölkə başçısı, Müzəfffər Ali Baş Komandan cənab İlham Əliyevi ad günü münasibətilə təbrik edib və xoş arzularını bildirb. Fenomenal liderlik və strateji qərarvermə bacarığı sayəsində ölkəmizi sülh və sabitlik məkanına çevirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dünya siyasi arenasında qətiyyətli addımlarla irəliləyən, yüksək nüfuza və söz sahibinə çevrilmiş daha güclü Azərbaycan naminə apardığı müdrik siyasətdən danışıb. E.Hüseynov ölkə başçısının qətiyyətli, müdrik, uzaqgörən, məqsədyönlü siyasətinin, gərgin əməyinin, zəngin diplomatik görüşlərinin, nüfuzlu televiziya kanallarına verdiyi müsahibələrin, Azərbaycan ordusunun dünyanın ən güclü 50 ordusu sırasına daxil edilməsinin nəticəsində 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması missiyasını və ata vəsiyyətini yerinə yetirdiyini diqqətə çatdırıb. “Dəmir yumruq” əməliyyatı ilə Şanlı Zəfərə imzasını atan qüdrətli liderin qələbədən sonra eyni əzmlə çalışdığını, Azərbaycanın daha da inkişafı üçün yeni layihələr həyata keçirdiyini qeyd edib. Son 22 ildə xalqın etimadına və inamına arxalanaraq əldə etdiyi bütün uğurlarla Azərbaycanı regionun lider dövlətinə çevirən cənab Prezidentin ətrafında Azərbaycan xalqının bundan sonra da sıx birləşəcəyini, sonsuz etimad, inam, dəstək nümayiş etdirəcəyini bildirib.
Sonra sakinlərin müraciətləri dinlənilib. Bəzə məsələlər yerində həll edilib. Digər məsələlər isə aidiyyəti üzrə tapşırıq verilərək nəzarətə götürülüb.
Mina RƏŞİD