Belə ki, şəhidlərimizin 18-22 yaş aralığındakı oğul övladlarının qatıldığı düşərgə 5 avqust tarixinədək davam edib.
Həftəlik proqram çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar, oxatma, dağa dırmanma, rafting, ebru sənəti, həmçinin liderlik bacarıqlarının inkişafı üçün seminar və təlimlər, düşərgə fəaliyyətləri, film gecəsi, intellektual və əyləncəli oyunları keçirilib. Kurşunlu şəlaləsinə və şəhər mərkəzinə ekskursiya da təşkil olunub.
Düşərgənin oğlanlar üçün təşkil olunan həftəsi də başa çatıb və onlar Vətənə qayıdıblar.
Qeyd edək ki, şəhidlərimizin müxtəlif yaş kateqoriyasına uyğun övladları üçün “YAŞAT” Fondu tərəfindən mütəmadi olaraq düşərgələr, müxtəlif kurslar, layihələr, təlimlər təşkil edilir, onların yüksək səviyyəli təhsilinə dəstək göstərilir.
Tahirə AĞAMİRZƏ