15.12.2024, 21:55
AZ EN
22.05.2024, 11:32 380

Səlcuq Bayrakdar: "Rəisinin helikopterini belə tapdıq..."

XƏBƏRLƏR
  • "Komanda yoldaşlarımla işdə idim. Qəzaya uğrayan helikopterin axtarışına texniki dəstək vermək üçün Batman, Van və Azərbaycandakı dostlarımızla koordinasiyada çalışdıq. Bütün dünyada adından söz etdirəcək əməliyyat baş tutdu".

Bunu “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzadan sonra axtarışları barədə danışarkən deyib. O, bildirib ki, “Akınçı” ən sürətli şəkildə əraziyə çatdı: "Bölgədə küləyin sürəti də çox güclü idi. O cür çətin hava şəraitinə baxmayaraq, vadiyə girərək bu vəzifəni yerinə yetirdi. Bu əməliyyatı dünyada həmin şərtlər altında uğurla reallaşdıra bilən “Akınçı” PUA-sı oldu. Və dünya bizim gücümüzü gördü. Komanda və Türkiyə Silahlı Qüvvələri səhərə qədər böyük fədakarlıqla çalışdılar. Mən bir daha İran xalqına başsağlığı verirəm”, - deyğ Bayraqdar bildirib.

O, eyni zamanda qeyd edib ki, bölgədə dərin dərələr var idi: “Hətta o dərəyə girəndə belə görüntü əldə etmək olurdu. PUA dərənin arasında manevr edərək uçmalı oldu. Heç bir PUA bunu edə bilməz. Bu missiya ən kiçik bir maneə olmadan tamamlandı”.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Əlavə edək ki, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı yer Türkiyənin “Akınçı” PUA-sı sayəsində tapılıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər