18.09.2024, 17:31
AZ EN
29.07.2024, 14:00 265

Milli Müdafiə Universiteti ali hərbi təhsil müəssisələrinə abituriyent qəbulu elan edir

XƏBƏRLƏR
  • Milli Müdafiə Universiteti 2024/2025-ci tədris ili üçün ali təhsilin bakalavr pilləsi üzrə Türkiyə Respublikasının ali hərbi təhsil müəssisələrinə abituriyent qəbulu elan edir.

Tələblərə cavab verən namizədlər cari il avqustun 2-dək xaricdə hərbi təhsil üzrə ilkin qeydiyyat forması (mmu.edu.az/qeydiyyat) üzərindən müraciət edə bilər.

Tələblər: Dövlət İmtahan Mərkəzi tərəfindən I, II, III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında 450 bal və daha yüksək nəticə əldə etmiş, cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşı olması.

Hərbi ixtisaslarla yanaşı verilən müvafiq ali peşə-ixtisasları: aerokosmik mühəndislik; kompüter mühəndisliyi; elektrik və elektronika mühəndisliyi; mexanika mühəndisliyi; radiotexnika və telekommunikasiya mühəndisliyi; sənaye mühəndisliyi; inşaat mühəndisliyi; gəmi inşaatı və gəmi mexanikası mühəndisliyi; müdafiə fəaliyyətləri (menecment); beynəlxalq münasibətlər; tarix.

İmtiyazlar: 500 (beş yüz) manat məbləğində birdəfəlik ödəmə; 150 (yüz əlli) manat məbləğində aylıq təqaüd; 200 (iki yüz) manat məbləğində ailə üzvlərinə aylıq maddi yardım; 200 (iki yüz) manat məbləğində hesabda yığılan aylıq ödəniş; təhsil müddətində təhsilalanların bütün təminat növləri ilə təmin olunması (yataqxana, qidalanma, xüsusi geyim forması və s.); ildə bir dəfə Azərbaycana gediş-gəliş xərclərinin təmin olunması.

Qeydiyyat üçün xaricdə hərbi təhsil üzrə ilkin qeydiyyat formasını (mmu.edu.az/qeydiyyat) dəqiq doldurulması xahiş olunur.

Namizədlər müvafiq sənədlərini təqdim etməsi və ətraflı məlumat əldə etməsi üçün avqustun 3-də saat 15:00-da Heydər Əliyev adına Hərbi İnstitutda keçiriləcək tədbirə dəvət olunurlar. Namizədlərdən qəbul imtahanlarının I və II mərhələsinin nəticələrini təsdiq edən sənədlər, 3x4 sm formatında 4 ədəd fotoşəkil və şəxsiyyət vəsiqələri ilə birlikdə (arzu etdikləri təqdirdə valideynləri ilə birlikdə iştirak edə bilərlər) yaxınlaşmaları xahiş olunur. Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9a

Ətraflı məlumat üçün Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin (www.msu.edu.tr) və tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin (Kara Harp Okulu (kho.msu.edu.tr), Hava Harp Okulu (hho.msu.edu.tr) və Deniz Harp Okulu (dho.msu.edu.tr)) rəsmi saytlarına keçid etmək və ya *0811 qısa nömrəsi ilə əlaqə saxlamaq lazımdır. (AZƏRTAC)

Oxşar xəbərlər