18.09.2024, 17:21
AZ EN
11.12.2023, 14:27 262

COP28-də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma layihələri barədə məlumat verilib

XƏBƏRLƏR
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndə heyəti tərəfindən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində Azərbaycan pavilyonunda bir sıra görüşlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, təşkil olunan görüşlər zamanı iştirakçılara Azərbaycanın su ehtiyatları, gələcək perspektivlər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma layihələri, o cümlədən alternativ su mənbələrindən istifadə istiqamətində nəzərdə tutulan işlər barədə məlumat verilib. (AZƏRTAC)

Oxşar xəbərlər