20.10.2024, 02:19
AZ EN
25.07.2024, 09:28 318

"Xankəndində quruculuq və bərpa” adlı layihənin icrası davam edir

XƏBƏRLƏR
  • Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyya dəstəyi ilə “Xankəndində quruculuq və bərpa” mövzusunda növbəti layihəni uğurla icra edir.

Layihənin məqsədi Böyük Qayıdış prosesinə dəstək olaraq Azərbaycan Respublikasının müxtəlif rayonlarında məskunlaşan keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışına dəstək verməkdir. Xankəndi şəhərində aparılan quruculuq və bərpa işləri haqqında geri dönəcək sakinləri məlumatlandırmaqdır. Layihə çərçivəsində Xankəndi şəhərindən olan keçmiş məcburi köçkünlərlə Böyük Qayıdışla bağlı görüşlər həyata keçiriləcək, keçirilən bütün görüşlər lentə alınacaq və sosial çarx hazırlanacaqdır. Xankəndi şəhərində Böyük Qayıdışla bağlı aparılan quruculuq və bərpa işləri haqqında video çarx hazırlanacaqdır.

Layihə çərçivəsində Böyük Qayıdış prosesinə dəstək olaraq Bakı şəhərinin Mərdəkan və Pirşağı qəsəbələrində, Gəncə, Mingəçevir şəhərlərində, Bərdə, Göyçay, Ağcabədi, Goranboy rayonlarında, Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində sakinlərlə görüşlər keçirilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər