Bu barədə AFAD-ın açıqlamasında bildirilib.
“Ölkələrimiz arasındakı dərin və möhkəm əməkdaşlığın yeni addımı olan Dərin Quyu Seysmik Stansiyası xeyirlərə vəsilə olsun” ifadələrinin yer aldığı açıqlamada stansiya ilə bağlı məlumatlar diqqətə çatdırılıb.
Paylaşıma stansiya ilə bağlı hazırlanan xüsusi videoçarx əlavə edilib.
Xatırladaq ki, AMEA ilə AFAD arasında zəlzələ müşahidə sistemləri üzrə əməkdaşlıq haqqında anlaşma memorandumu ötən il sentyabrın 7-də imzalanıb. (AZƏRTAC)