20.10.2024, 03:45
AZ EN
16.07.2024, 21:29 174

Pyotr Qlıboçko Seçenov Universitetinin Bakı filialında gənc mütəxəssislərin akkreditasiyasında iştirak edib

XƏBƏRLƏR
  • Seçenov Universitetinin rektoru Pyotr Qlıboçko İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universitetinin) Bakı filialının Tədris-Simulyasiya Mərkəzində keçirilən gənc həkimlərin akkreditasiyasında iştirak edib, həkimlər və rezidentura üçün akkreditasiya proseduru təcrübəsinin genişləndirilməsini təklif edib.

Seçenov Universitetinin Bakı filialının klinik bazası olan Bakı Sağlamlıq Mərkəzində yaradılan Tədris-Simulyasiya Mərkəzində real şərtlərə mümkün qədər yaxın olan şərait yaradılıb. Tələbələr ən müasir avadanlıqlarla işləyirlər. Mərkəzin müəllimləri Rusiya və Azərbaycanın aparıcı klinikalarının xüsusi təlim keçmiş həkimləridir.

Tədris-Simulyasiya Mərkəzinin peşəkar resursları və texniki imkanları yalnız tələbələrin praktik hazırlığı üçün deyil, həm də həkimlərin akkreditasiyası üçün istifadə olunur. Rusiyanın yanaşması Azərbaycanda maraq doğurub, ona görə də akkreditasiya həm Seçenov Universitetinin Bakı filialının, həm də Azərbaycan Tibb Universitetinin məzunları üçün aparılır. (AZERTAC)

Oxşar xəbərlər