01.08.2025, 19:40
AZ EN
02.02.2024, 17:22 361

Göyçəmiz üçün çox darıxmışıq

XƏBƏRLƏR
  • Qərbi Azərbaycandan olan Gülnarə Alıyeva da doğma yurd-yuvalarından 35 illik ayrılıqdan, o acı həsrətdən danışır. Gülnarə xanım deyir ki, illərdi biz elimizdən-günümüzdən, adət-ənənəmizdən ayrı düşmüşük. Düzdür, biz neçə ildə milli adətlərimizi qorumağa çalışırıq. Amma Göyçəmiz üçün, o yerlərin gözəl ab-havası, bayramları üçün çox darıxmışıq.

G.Alıyeva bildirir ki, 1988-ci il noyabrın 2-3-də Qərbi Azərbaycandan bizim kimi yüzlərlə  azərbaycanlını didərgin saldılar. Bizim kəndin 450 evi, 2500-dən çox əhalisi vardı... Torpaqlarımızın işğaldan azad edilməsindən sonra bizim də öz ata-baba yurdumuza qayıtmağımıza inamımız artdı...

İnsanlarımızın Qərbi Azərbaycana qayıdışı reallaşacaq və bu qayıdış haqq davamızın yeni səhifəsi olacaq. Bu şanlı səhifə xalqımızın, onun müdrik rəhbərinin əzmi və qətiyəti ilə yazılacaq.

Hazırladı: Mina RƏŞİD  

Oxşar xəbərlər