22.09.2024, 03:09
AZ EN
13.07.2024, 09:30 219

22 yaşında qəhrəman olmağı bacardı Səlimxan

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsi şəhidi Səlimxan Vüqar oğlu Bayramovun doğum günüdür.

O, savaşın başladığı ilk gündən cəbhədə idi. Getdiyini atasına sadəcə bir mesajla bildirmişdi. Düşməni daha çox qovmaq, darmadağın etmək, izlərini canından artıq sevdiyi Vətənindən büsbütün silmək üçün tələsirdi...

Səlimxan Vüqar oğlu Bayramov əslən Qərbi Azərbaycanın Amasya bölgəsindəndir. 1998-ci il, iyulun 13-də Sumqayıt şəhərində dünyaya göz açıb. 2005-2015-ci illərdə həmin şəhərin 3 nömrəli orta məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra təhsilini xaricdə davam etdirmək qərarına gələn Səlimxan 2015-2019-cu illərdə Gürcüstan Dövlət Texniki Universitetinin tələbəsi olub.

Təhsilini bitirib doğma Azərbaycana qayıtdıqdan sonra, vətənpərvərlik və milli dəyərlərimizə olan sevgisi ilə hərbi xidmətə yollanıb. 2019-cu ilin oktyabrın 28-i Sumqayıt şəhərindən əsgərliyə yollanan Səlimxan Qusarda hərbi xidmət keçib.

2020-ci il, sentyabrın 27-də Vətən Müharibəmiz başlayanda Cəbrayıl, Xocavənd rayonlarında gədən döyüşlərdə şücaət göstərib, 2 nəfər döyüş yoldaşı ilə erməni postunu tutaraq, oz doğma şəhəri Sumqayıtın adını verib.

Cəmi 22 yaşında adını qəhrəmanların sırasına yazdırmağı bacaran Azərbaycan Silahlı Qüvvələrin əsgəri Səlimxan Bayramov 19 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

İgidimiz Sumqayıt şəhərində Şəhidlər Xiyabanında böyük ehtiram və izdihamla torpağa tapşırılıb.

Mərdliyi, cəsarəti, səmimiliyi, istiqanlılığı, gülər üzü və şirin söz-söhbətilə yaddaşlara əbədi həkk olub.

Səlimxan Bayramov ölümündən sonra "Füzulinin azad edilməsinə görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Allah şəhidimizə rəhmət eləsin!.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər