21.09.2024, 18:52
AZ EN
10.07.2024, 12:09 251

Qazilərin övladı yay düşərgəsində müxtəlif əyləncəli və maarifləndirici tədbirdə iştirak ediblər

XƏBƏRLƏR
  • 44 günlük Vətən müharibəsinin qazilərinin 30 övladı üçün “Camphood” yay düşərgəsində təşkil edilmiş 5 günlük istirahət zamanı onlar həm dincəlmək, həm də müxtəlif əyləncəli və maarifləndirici tədbirlərdə iştirak etmək imkanı qazanıblar.

Düşərgənin proqramına uşaqların bilik və bacarıqlarını inkişaf etdirməyə imkan verən müxtəlif idman oyunları, yaradıcılıq master-klasları və maarifləndirici sessiyalar daxil olub.

Burada uşaqların fiziki və emosional vəziyyətinə xüsusi diqqət yetirilib ki, bu da düşərgədə müsbət və ruhlandırıcı atmosferin formalaşmasına kömək edib.

Yay düşərgəsinin sonunda uşaqlara hədiyyə olaraq maraqlı maarifləndirici oyunlar təqdim olunub. Bununla da, uşaqlar istirahəti xoş əhvali-ruhiyyədə tamamlayıblar.

Xatırladaq ki, 2024-cü ilin fevral ayında Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən “McDonald’s Azərbaycan” arasında Anlaşma Memorandumu imzalanıb. İmzalanan sənəd korporativ sosial məsuliyyət çərçivəsində layihələrin həyata keçirilməsi üzrə qarşılıqlı faydalı, uzunmüddətli, effektiv əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlığı nəzərdə tutur, həmçinin 44 günlük Vətən müharibəsi şəhidlərinin və qazilərinin övladlarını dəstəkləməyə yönəlmiş bir çox birgə təşəbbüslər üçün əsas rolunu oynayır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər