Məmmədov Şahmar 2016-cı il Aprel döyüşlərində mərdliklə vuruşub və təltif olunub. İgid döyüşçü 2020-ci ilin sentyabr ayının 27-də başlanan İkinci Qarabağ müharibəsində də şücaətlər göstərib. O, döyüş əməliyyatlarında Gülüstan istiqamətində PDM-2 zirehli texnikası ilə düşmənin 1 minaatan heyətini və 3 atəş mövqeyini dəqiq atəşlə məhv edərək müharibənin ilk həlledici günündə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz Mingəçevir şəhərində Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Şahmar Məmmədov ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz ailəli idi, onun bir qız övladı Vətənə əmanətdir.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD