23.11.2024, 01:09
AZ EN
20.12.2022, 12:59 281

Füzuli və Zəngilanda ailə dəstək mərkəzlərinin yaradılması planlaşdırılır

XƏBƏRLƏR
  • Milli Məclisdə ölkəmizdə gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanı – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik hesabatını dinlənilib.

Hesabatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.

Bildirilib ki, 2021-ci ildə Azərbaycanda gender bərabərliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atılıb.

Komitə sədri diqqətə çatdırıb ki, Böyük Qayıdışa dair proqramla əlaqədar olaraq geri qayıdan əhaliyə dəstək məqsədilə Füzulidə və Zəngilanda ailə dəstək mərkəzlərinin yaradılması planlaşdırılır.

Əməyi qadağan olunan peşə və iş yerlərinin sayının azaldılmasının belə məsələlərdən olduğunu diqqətə çatdırıb.

Komitə sədri qeyd edib ki, hesabat dövründə Qadın Resurs mərkəzlərinin sayı artırılıb, gender məsələlərinə məsul şəxslərin fəaliyyəti genişləndirilib, müxtəlif mövzularda maarifləndirmə işləri aparılıb, təlimlər təşkil edilib.

B.Muradova ölkənin idarəetmə və prokurorluq orqanlarında və Daxili İşlər Nazirliyində çalışan qadınların sayının artmasını müsbət hal kimi dəyərləndirib. (AZƏRTAC)

Oxşar xəbərlər