Monoqrafiyada Azərbaycan koroğluşünaslığının tarixi, təşəkkülü və inkişaf istiqamətləri müəyyənləşdirilib. “Koroğlu” eposunun tədqiq aspektləri, istifadə olunan nəzəriyyə və elmi metodların dəyərləndirilməsi, Azərbaycan koroğluşünaslığının tarixi şərait və elmin inkişaf səviyyəsi ilə şərtlənən konkret mərhələlərinin müəyyən edilməsi, alim və tədqiqatçıların bu sahədə xidmətləri və s. məsələlər monoqrafiyanın əsas tədqiq istiqamətlərini təşkil edir.
“Qanun” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru akademik Muxtar Kazımoğlu İmanov, rəyçi akademik Nizami Cəfərovdur.
Hazırladı: Mina RƏŞİD