AMEA-dan bildirilib ki, Ekspedisiyada Ekotoksikologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Qriqoriy Palatnikov və həmin laborant Sovet Hümbətov Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış işçi qrupun tərkibində Oxçuçayda fiziki-kimyəvi və bioloji monitorinq işlərinin aparılmasında iştirak ediblər.
Oxçuçay hövzəsində planlaşdırılan kompleks elmi-tədqiqat işləri çərçivəsində transsərhəd çirklənmənin qiymətləndirilməsi, torpaq və su ehtiyatlarına təsiri, su və quru canlılarının fizioloji durumunun öyrənilməsi üçün lazımi materiallar əldə edilib.
Hazırda işçi qrupunda təmsil olunan müvafiq tədqiqat müəssisələrində, o cümlədən Fiziologiya İnstitutunda bu materialların analizi həyata keçirilir. (APA)