Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Amin Mayis oğlu Gülməmmədov 1995-ci il iyulun 31-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltaq kəndində anadan olub. 2010-2013-cü illərdə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə, 2013-2017-ci illərdə isə Bakıdakı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ savaşına baş leytenant kimi qatılan Amin Gülməmmədov Füzuli, Xocavənd, Cəbrayıl və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 2 noyabr tarixində Daşaltı istiqamətindəki döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Amin Gülməmmədov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!
Tahirə AĞAMİRZƏ