24.04.2025, 17:10
AZ EN
31.05.2024, 16:23 226

AYB-də cəbrayıllı yazıçı uşaqlarla görüşüb

XƏBƏRLƏR
  • 1 iyun – uşaqlar günü ərəfəsində Cəbrayıldan olan yazıçı, AYB-nin katibi, Əməkdar İncəsənət xadimi Elçin Hüseynbəyli ilə Mübariz Nəcəfov adına 86 nömrəli orta məktəbin 3 “A” sinif şagirdlərinin Azərbaycan Yazıçılar Birliyində görüşü keçirilib. 

Görüşdə uşaqlığını, məktəb illərini xatırlayan yazıçı o illərə aid maraqlı xatirələrini bölüşüb. Şagirdlər müəllifin qələmə aldığı "Dənizin nağılları" kitabı ilə tanış olublar. Yazıçının öz səsində hekayələrini dinləyən məktəblilər əsər barədə fikirlərini söyləyiblər, onların oxuyub-anlama bacarıqları test edilib. 

Məktəbin ibtidai sinif müəllimi, 3 “A”nın sinif rəhbəri Gülsüm Nəsibova şagirdlərlə maraqlı görüşə görə E.Hüseynbəyliyə təşəkkür edib.  

Mina RƏŞİD

Oxşar xəbərlər