O, doğma Xocalıya qayıdışının sevincini özünün də xüsusi müxbiri olduğu "Təzadlar" qəzetinin əməkdaşı ilə paylaşıb.
Səriyyə xanım bildirib ki, 32 il ayrılıqdan sonra Xocalıdayam... Sevincimizin həddi və sərhəddi yoxdur. Ali Baş Komandan İlham Əliyevə minnətdarıq ki, Qarabağın uzun illər köçkün və didərgin düşmüş ailələri kimi, bizim də doğma evimizə qayıdışımız nəsibimiz oldu. Bu gündən köçkünlüyümüzə son qoyulur... Özümü dünyanın ən xoşbəxti hesab edirəm. Bu xoşbəxtliyi ifadə etmək üçün, inanın, sözün də qüdrəti indi bəs etmir...
Daha sonra Səriyyə xanım gələcəkdə jurnalist kimi fəaliyyəti ilə bağlı da fikirlərini bildirib:
“Hələlik yurda qayıdışımız vacib idi, bu da həyata keçdi... Medianın İnkişafı Agentliyinin Qarabağ İqtisadi Rayonunda bölməsinin yaradılmasını deyirlər. Belə olarsa, bu istiqamətdə fəaliyyətim davam edəcək. Bu olmayacaqsa, yenə də işlə bağlı problem yəqin ki, həllini tapacaq. Bilirsiniz ki, mən həm də QHT rəhbəriyəm. Bu sahədə də fəaliyyətimi davam etdirəcəyəm... Əsas odur ki, Xocalıdayam- doğma yurdumdayam...”
Hazırladı: Mina RƏŞİD