Bu fikirləri Bakıdan Laçın rayonunun Sus kəndinə yola düşən keçmiş məcburi köçkün Sürayə Ağayeva söyləyib.
"Dövlətimiz bizim üçün Bakıda bütün şərait yaratsa da, doğma torpaq məni çəkir. Doğma el-obama - Laçın rayonuna, öz kəndimə qayıdıram. Bizə bu günləri yaşadan Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə șəfa diləyirəm", - deyə Sus sakini əlavə edib. (AZƏRTAC)