Bu sözləri İsmayıllı rayonunun Hacıhətəmli kənd qəbiristanlığında dəfn olunan Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Ayaz Həbibulla oğlu Ağayevin qardaşı Eynulla Ağayev bildirib.
O atasının ötən illər ərzində bir dəqiqə də olsa, ümidini üzmədiyini və qardaşımın yolunu gözlədiyini bildirib: “Atamın uzun illər ərzində qardaşımı tapmaq üçün döymədiyi qapı, müraciət etmədiyi qurum qalmadı. Həmişə də bizə dönə-dönə deyirdi ki, əgər ömrüm vəfa etməsə, məndən sonra da qardaşınızı axtarıb tapın. Bu gün artıq atamın da ruhu şad və rahatdır”. (Report)