Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov bildirib.
Rövzət Qasımov deyib ki, MSK hər zaman İKT-nin mütərəqqi imkanlarından bəhrələnməyə çalışır: “İnanırıq ki, "ASAN xidmət" mərkəzləri seçicilərin istənilən vaxt yaxınlaşıb öz şəxsi məlumatlarını yoxlamaq üçün bir məkana çevriləcək. Seçilər həm də ənənəvi olaraq dairə və məntəqə seçki komissiyalarına baş çəkməklə, MSK-nın qaynar xəttinə müraciət etməklə, MSK-nın internet saytına adlarının seçici siyahısında olmasını yoxlaya bilər. Amma gündə 40 min insanın xidmətlərindən istfiadə etdiyi “ASAN xidmət” mərkəzləri daha geniş imkanlar yaradır”. (APA)