22.11.2024, 12:24
AZ EN
07.09.2022, 15:28 314

Azad olunmuş ərazilərdə könüllülük fəaliyyətinə start verilib

XƏBƏRLƏR
  • Bu gündən etibarən, işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətinə start verilir.

Bunu Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəliyin və Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqının işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək könüllülük proqramına dair mətbuat konfransında deyib.

Yusif Vəliyev könüllülərin fəaliyyətləri məsələsinə toxunub: “Könüllülük fəaliyyətinə Ağdamda keçirilən tədbirlərdə iştirak, turistlərə bölgənin tanıdılması və tərcüməçilik və digər bu kimi fəaliyyətlər daxildir. Könüllü olmaq istəyənlərin ağdamlı olması şərtdir”.

O, qeydiyyat gününün son tarixi olaraq 17 sentyabrı qeyd edib. (APA)

Oxşar xəbərlər