Bunu Füzuli şəhər sakini Gülgəz Məmmədova deyib.
Onun sözlərinə görə, Füzulini bütün sakinləri kimi, mənim də sevincimin həddi-hüdudu yoxdur.
"Allaha min şükürlər olsun ki, bu gün Füzuliyə qayıdırıq. Doğma şəhərimizə qayıdacağımıza ümidimizi heç zaman itirməmişdik. Torpağımıza qayıtmaq mənə yuxu kimi gəlir. Bu anları yaşamaq, hiss etmək, dillə təsəvvür etmək mümkün deyil”,- deyə o qeyd edib.
Qeyd edək ki, bu gün daha 68 nəfərdən ibarət 24 ailə Füzuliyə dönüb. Bununla da Füzuli şəhərində 47 ailə, yəni 158 nəfərin daimi məskunlaşması təmin edilib. (Trend)