24.04.2025, 09:29
AZ EN
07.05.2024, 15:36 367

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

XƏBƏRLƏR
  • “Otuz bir ilə yaxındır ki, övladımdan xəbərsiz idim. Gözüm yollarda qalmışdı. Balamın nəşi tapılandan sonra gözlərim yollardan yığıldı”.

Bunu Birinci Qarabağ müharibəsi şəhidi Gülalı Dadaşovun anası Səbirə Dadaşova mayın 7-də oğlunun dəfnindən sonra jurnalistlərə müsahibəsində deyib. İtkin düşmüş oğlunun nəşinin tapılmasına, bununla da onu illərin həsrətindən qurtardıqlarına görə ölkə rəhbərliyinə minnətdarlıq edən şəhid anası bildirib:.

“Gülalı 1994-cü ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndi uğrunda döyüşlərdə şəhid olub. Beyləqan rayonunda naməlum şəhid kimi dəfn edilib. Mən bu illər ərzində onun yolunu gözləmişəm. Aprelin 30-da övladımın nəşinin tapılması haqqında xəbər aldım. Mənim nisgilim sona yetdi. Övladımı adına uyğun layiqli şəkildə torpağa tapşırdığı üçün dövlətimizə təşəkkür edirəm. Bütün şəhidlərimizə Allahdan rəhmət, onların analarına isə səbir diləyirəm”. (AZƏRTAC)

Oxşar xəbərlər