12.07.2025, 06:21
AZ EN
28.04.2023, 19:37 295

Gəncədə Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş fləşmob keçirilib

XƏBƏRLƏR
  • Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının və Kəpəz bələdiyyəsinin birgə təşkilatçılığı ilə görkəmli alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş fləşmob keçirilib.

Heydər Əliyev adına meydanda 2 500 nəfərin iştirakı ilə baş tutan fləşmobda könüllülər, şəhərin ali təhsil müəssisələrinin gəncləri ”Zərifə Əliyeva-100” yazısı olan canlı simvol yaradıblar.

Qeyd edək ki, 28 aprel görkəmli elm xadimi, tibb elminə çox böyük töhfələr vermiş, tanınmış ictimai xadim, həkim-oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümüdür.("Report")

Oxşar xəbərlər