Konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Ağaverdi Paşayevin, Əməkdar artist, dirijor İlahə Hüseynovanın müşayiətilə gənc istedadlar öz ifalarını təqdim ediblər. Həmçinin bəstəkar Fikrət Əmirovun “Azərbaycan elləri”, Səid Rüstəmovun “Alagöz”, Oqtay Kazıminin “Məhəbbət” əsərləri tələbələr tərəfindən ifa olunub. Respublika müsabiqəsi laureatı, II kurs tələbəsi İradə Məmmədova Baba Vəziroğlunun “Azərbaycan” şeirini söyləyib.
Konsert proqramında Avropa bəstəkarlarının da əsərləri səsləndirilib.
Hazırladı: Mina RƏŞİD