09.06.2025, 13:34
AZ EN
30.12.2022, 08:00 389

Ötən il Laçın-Xankəndi yolundan sülhməramlılara məxsus neçə avtomobil keçib?

XƏBƏRLƏR
  • Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

Dekabrın 29-da Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 31 təminat-təchizat, minik və təcili tibbi yardım avtomobili maneəsiz keçib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır. (AZƏRTAC)

Oxşar xəbərlər