20.10.2024, 23:51
AZ EN
01.05.2024, 09:31 185

Sumqayıtda Zəngilan sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Sumqayıt şəhəri, Corat qəsəbəsində məskunlaşan zəngilanlı sakinlər keçirilib. 

Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, idarə, təşkilat rəhbərləri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edib.

Vətəndaşların müraciətləri dinlənildikdən sonra məsələlərin hər biri qeydə alınaraq, problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Mina RƏŞİD

Oxşar xəbərlər