- “Xankəndində, Şuşada, Laçında və işğaldan azad edilmiş digər ərazilərimizdə uzun illərdən sonra üç rəngli bayrağımızın dalğalanması, Milli Məclisə seçkilər keçirilməsi tarixi anlardır. Önəmlidir ki ki, keçmiş məcburi köçkün rayonlarımızın geri dönmüş əhalisi ilk dəfə olaraq köçkünlük şəraitində yox, doğma yurdlarında səs verəcəklər. Bu rayonlarımızdan seçiləcək deputatlarımız keçmiş məcburi köçkünlərin işğal problemlərini yox, qayıdış, məskunlaşma məsələlərini müzakirə edəcəklər”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov deyib.
Şura sədri qeyd edib ki, vətəndaşlarımız bu seçkilərdə fəal olmalıdırlar: “Onları layiqli namizədlərə səs verməyə dəvət edirəm”.