Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva, AJB-nin Şərqi Zəngəzur Regional Təşkilatının sədri Qafqaz Əvəzoğlu, yazıçılar, şairlər, idarə, müəssisə rəhbərləri, rayon ümumtəhsil məktəblərinin dil-ədəbiyyat müəllimləri, Mahir Sarıyevin yaxınları, qohumları və digər qonaqlar iştirak edirdilər.
İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təqdimatı giriş sözü ilə açan Qafqaz Əvəzoğlu müəllif və kitab haqqında qısa məlumat verib.
Tədbirdə çıxış edən qonaqlar Mahir Sarıyevin ünvanına xoş sözlər deyib, onu 70 yaşının tamam olması münasibətilə təbrik edib və uğurlar arzulayıblar.
Mahir Sarıyev çıxış edərək tədbiri təşkil edən rayon icra hakimiyyətinin başçısı cənab Malik İsaqova minnətdarlığını bildirib.
Sonda müəllif tədbir iştirakçılarına təşəkkürünü bildirib və kitablarını oxuculara təqdim edib.
Hazırladı: Mina RƏŞİD