19.04.2024, 23:00
AZ EN
23.07.2022, 08:00 353

Kərim Kərimli: “Erməni vandalizmi “Şuşa” qəzeti redaksiyasının binasını xarabalığa çevirib”

XƏBƏRLƏR
  • Erməni vandalizmi “Şuşa” qəzeti redaksiyasının binasını xarabalığa çevirib.

Bunu Şuşa şəhərində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Kütləvi İnformasiya Vasitələri Sahəsində Qlobal Tendensiyalar və Yeni Çağırışlar” mövzusunda I Beynəlxalq Media Forumunda çıxışında Azad Şuşa saytının baş redaktoru Kərim Kərimli deyib.

"1992-ci ildə şəhərin atəşə tutulmasına və bombalanmasına baxmayaraq, son günə qədər [işğal başlayana qədər] “Şuşa” qəzetini nəşr edirdik, nəşri dayandırmamaq üçün fədakarlıqla çalışırdıq. Erməni vandalizmi qəzetimizin binasını darmadağın edib", - deyə K.Kərimli bildirib.

O həmçinin qeyd edib ki, 2002-ci ilə qədər redaksiya müvəqqəti olaraq “Azərbaycan” nəşriyyatında yerləşib.

"Daha sonra biz qəzetimizi müstəqil şəkildə nəşr edə bildik və bu günə qədər də edirik", - deyə K.Kərimli bildirib.

Baş redaktor qeyd edib ki, nəhayət, hər bir azərbaycanlının işğaldan azad edilmiş Qarabağa qayıtmaq arzusu gerçəkləşdi.

O, həmçinin qəzetin redaksiyasının tezliklə Şuşada tam şəkildə fəaliyyət göstərə biləcəyinə ümid etdiyini bildirib. (Trend)

Oxşar xəbərlər