Məşqin keçirilməsində məqsəd mülki müdafiə üzrə tədbirlər planının reallığının yoxlanılması, məktəb kollektivinə mülki müdafiə sahəsində müvafiq biliklərin və əməli vərdişlərin aşılanması olub.
Məşqin nəzəri hissəsi çərçivəsində məktəb kollektivinə mülki müdafiənin əsas prinsipləri, fovqəladə hallar və bununla bağlı davranış qaydaları barədə ətraflı məlumat verilib.
Tədbirin praktiki hissəsində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar məktəb kollektivinin təxliyəsi, “zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi” və digər əməliyyatlar icra olunub.
Uğurla keçən məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib. (APA)