25.04.2025, 16:21
AZ EN
18.04.2024, 09:01 451

Laçın Rayon Yaşıllaşdırma İdarəsi ağacəkmə aksiyası keçirib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Laçın Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən Ağcabədi rayonunun Taxta körpü qəsəbəsi ərazisində yerləşən “Heydər Əliyev” adına istirahət parkında RİH-nin təşkilatçılığı ilə Laçın Rayon Yaşıllaşdırma İdarəsi tərəfindən ağacəkmə aksiyası keçirilib.

Həyata keçirilən aksiya zamanı ərazidə yerləşən parklarda, rayon icra hakimiyyətinin, o cümlədən idarə və müəssisələrin ətrafında və yol kənarı ağaclarda budama işləri aparılmış, həmişəyaşıl dekorativ bitkilər səliqəli formaya salınmış, yeni əkilən 50 ədəd tuya tingləri suvarılmış, yaşıllıq sahələri alaq otlarından təmizlənmişdir.

Mina RƏŞİD

Oxşar xəbərlər