23.11.2024, 01:39
AZ EN
20.07.2022, 11:15 432

Şuşa uğrunda şəhid oldu

XƏBƏRLƏR
  • Yenə onun günüdür. Hamının üzü gülür. Bir ailənin sevinci, fərəhi idi, indi bir elin-obanın yox, bütöv Vətənin qüruru olanlardandır.

Ayağın dəyən torpaq
Əsirlikdən qurtarır.
Sən qalxan ucalığa

Dağlar həsəd aparır
Azərbaycan əsgəri!

Belə oğullardan biri də Orucov Nicat Niyadxan oğludur. Nicat 1999-cu il, iyulun 20-də Bakıda, Xəzər rayonunun Buzovna qəsəbəsində anadan olub. O, 2018-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidmət zamanı qorxmazlığı, mərdliyi ilə komandirlərinin rəğbətini qazanıb. Elə bu keyfiyyətlərinə görə Xüsusi Təyinatlı Qüvvələr Dəstəsinə qəbul olunub.

2020-ci ilin sentyabrın 27-də başlanan İkinci Vətən Müharibəsində Nicat cəsur bir döyüşçü kimi iştirak edib. Füzuli, Cəbrayıl, Xocavənd, Kəlbəcər  və Şuşa uğrunda gedən döyüşlərdə düşmənə qarşı amansızlıqla döyüşüb. O, oktyabrın 28-də isə Şuşa uğrunda gedən döyüşlərdə düşmənin snayperdən açdığı güllədən qəhrəmancasına şəhid olub.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Orucov Nicat Niyadxan oğlu ölümündən sonra “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.

Ruhu şad olsun, məzarı nurla dolsun şəhidimizin.

Mina RƏŞİD

Oxşar xəbərlər