Bu sözləri martın 30-da Bakının Qaradağ rayonundan doğma yurduna yola salınan keçmiş məcburi köçkün, Laçın sakini Şahlar Cəfərov söyləyib.
Laçına qayıtmağın ən böyük arzusu olduğunu bildirən sakin ona bu xoş günləri yaşatmaqda əməyi olanları da unutmayıb: “Şükür bu günə. Bu arzumuz - ən böyük diləyimiz gerçəkləşdi. Ən gözəl illərimi, xoş uşaqlıq illərimi keçirdiyim xatirələr diyarıma - Laçınımıza qayıdıram. Var olsun bu hadisələri bizə yaşadanlar. Var olsun Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev. Allah şəhidlərimizə rəhmət eləsin. Ailələrinə səbir versin. Qazilərizə isə cansağlığı arzulayıram”. (AZƏRTAC)