Bu sözləri martın 30-da Bakının Qaradağ rayonundan doğma yurduna yola salınan keçmiş məcburi köçkün, Laçın sakini Mehparə Hüseynova söyləyib.
“Ötən illər ərzində biz yaxşı yaşadıq. Dövlətimiz bizə yaxşı baxırdı, qayğımızı çəkirdi. Var olsunlar, Allah hər birindən razı olsun. Mən əməyi keçən hər kəsə minnətdarlığımı bildirir, onları Laçına - evimə qonaq dəvət edirəm", - deyə keçmiş məcburi köçkün qeyd edib. (AZƏRTAC)