Bu bayram ən çox əylənən də, sevinən də uşaqlardır, desək yanılmarıq. Bayram axşamı papaqatdıya çıxan, tonqalın üstündən atlanan balacaların şən-şaqraq səsləri ilə sanki ülvi gözəlliklər saçılır ətrafa. Böyüklər çalışır ki, uşaqların üzü daha çox gülsün bu bayramda. Çünki onlar gülürsə, dünya da gülür. Naxçıvanda iki gündür davam edən Bahar festivalında da ən çox əylənən uşaqlardır. Bahar çöhrəli uşaqlar...
Naxçıvan bürosunun əməkdaşının muxtar respublikada keçirilən Novruz bayramı mərasimində uşaqların sevincini əks etdirən fotoreportajı təqdim edirik. (AZERTAC)