"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın Ərazi-İdarəetmə və İnfrastruktur Nazirliyindən “Sputnik Armenia”ya bildirilib. Məlumata görə, artıq şimal-cənub magistralının cənub istiqamətində tikinti işlərinə başlanılıb, Qacaran tuneli və 60 kilometrlik Sisian-Qacaran avtomobil yolunun, o cümlədən 27 körpü və 9 tunelin layihələri də hazırdır.
Layihənin tamamlanma tarixi və dəyəri bütün ərazilərdə inşaatçılarla müqavilələr bağlandıqdan sonra məlum olacaq. İran-Ermənistan Birgə Ticarət Palatasının “Telegram” kanalının bildirdiyinə görə, əsas podratçı kimi yolun tikintisi İran şirkətinə həvalə edilib.
Elxan SALAHOV