10.05.2025, 04:09
AZ EN
12.11.2022, 07:45 370

Lerikdə şəhid İmaməli İbrahimovun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub

XƏBƏRLƏR
  • Lerik rayonunun Hovil kəndində Vətən müharibəsi şəhidi İbrahimov İmaməli Elman oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub. Açılış mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, icra aparatının rəsmiləri, şəhidin ailə üzvləri və yerli sakinlər iştirak ediblər.

Rayon rəhbəri və şəhidin babası Dadaş İbrahimov bulaq kompleksinin açılışını edib, önündə gül-çiçək dəstələri qoyulub.

Əkbər Abbasov bulaq kompleksinin tikintisində dəstəyi olan hər kəsə minnətdarlığını bildirib. İcra başçısı Vətən müharibəsinin 44 günü ərzində müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı şəhidlərimizin qanı, canı bahasına azad edildiyini bildirərək, Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad ediləcəyini diqqətə çatdırıb.

Şəhidin babası Dadaş İbrahimov çıxış edərək şəhid ailələrinə, qazilərə göstərilən yüksək diqqət və qayğıya görə öz minnətdarlığını ifadə edib.

Tədbir iştirakçıları şəhidin məzarını da ziyarət ediblər. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR