O, 2000-2001-ci illərdə İstanbulda Qırmızı Aypara Cəmiyyətində həkim işləyib. 2002-ci ildə TUS imtahanını verərək Ege Universiteti Ortopediya və Travmatologiya kafedrasında ixtisaslaşma kursu keçib. 2006-cı ildə Ege Universitetində “Anevrizmal və bəsit sümük kistalarında müalicə nəticələri” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək ortopediya və travmatologiya üzrə uzmanlıq dərəcəsi alıb.
Əlövsət İsayev 2007-2008-ci illərdə İstanbul şəhərində özəl xəstəxanada ortopediya və travmatologiya mütəxəssisi olaraq fəaliyyət göstərib. 2009-cu ildən Milli Onkologiya Mərkəzində ortopediya və travmatologiya mütəxəssisi, həmçinin ortopedik onkoloq vəzifəsində çalışır.
Peşəkar həkim dayaq hərəkət aparatının bir çox xəstəliklərində lazım gələn mürəkkəb cərrahiyyə əməliyyatlarını müvəffəqiyyətlə dünya standartları səviyyəsində icra etməkdədir. O, apardığı tədqiqatlara dair ölkəmizdə və xaricdə çap olunmuş bir sıra məqalələrin müəllifidir.
Tahirə AĞAMİRZƏ