20.09.2024, 00:17
AZ EN
29.02.2024, 10:08 325

Laçındakı kitabxanada mənim də kitabım var...

XƏBƏRLƏR
  • “Laçında yeni kitabxana açılıb, bu fotonu dəyərli Nata Uğurlu həmin kitabxanadan çəkib... O kitabxanada mənim də kitabım var! Bundan böyük xoşbəxtlik ola bilərmi?! Çox duyğulandım...” Bu sözləri öz FB səhifəsində tanınmış yazıçı Kənan Hacı paylaşıb.

Qeyd edək ki, bu ilin fevral ayından Laçın şəhərindəki “LaCinema” kinoteatrının nəzdində “Simurq” adlı kitabxana qapılarını öz oxucularının üzünə açıb. Onu da bildirək ki, kitabxanaya bu ad Laçına yeni köçmüş sakinlərin təşəbbüsü ilə görkəmli maarifçi, yazıçı Tağı Şahbazi Simurğun şərəfinə verilib. Xatırladaq ki, Laçın şəhərinin adını 1923-1926-cı illərdə Azərbaycan MİK-in (hökumətin) katibi olmuş Tağı Şahbazi təklif etmişdi.

Yeni yaradılan kitabxanaya M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası da öz töhfəsini verib və buraya 185 nüsxə kitab göndərib.

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR