Bu barədə Şərqşünaslıq İnstitutundan məlumat verilib.
Məqalədə Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın dağıdılmış tarixi, maddi-mənəvi abidələri araşdırılır. Eyni zamanda, Qarabağın tarixi, Qarabağ xanlığı, bölgənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi vəziyyəti, İrəvanda erməni vandalizmi, işğal zamanı Qarabağda dağıdılmış türk-müsəlman, Alban abidələri, erməni vandalizmi nəticəsində dağıdılmış abidələrlə bağlı beynəlxalq və regional təşkilatların mövqeyi, Azərbaycan Respublikasının atdığı addımlar və digər məsələlər tədqiq edilib. (AZƏRTAC)